Neymar “Barselona”ya qayıdır
28 avqust 2019 15:32 (UTC +04:00)

Neymar “Barselona”ya qayıdır

0
Braziliya millisinin futbolçusu Neymarın taleyinə aydınlıq gəlib.
 
APA-nın “El Chiringuito TV”yə istinadən məlumatına görə, Fransa PSJ-sinin hücumçusu “Barselona”ya qayıdır.
 
İspaniya klubu bir müddətdir danışıqlar apardığı Paris təmsilçisi ilə razılıq əldə edib. Artıq sabah “Barselona” Neymarın təqdimat mərasimini keçirəcək.
 
Qeyd edək ki, braziliyalı PSJ-dən öncə 2013-17-ci illərdə də Kataloniya təmsilçisində çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1829

Oxşar yazılar