Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov Braziliyanın Rio de Janeyro şəhərində keçirilən Dünya çempionatında yüksək nailiyyətlər əldə etmiş cüdoçularımız və onların məşqçiləri ilə görüşüb. Bu barədə Lent.az-a Federasiyadan məlumat verilib.
Görüşdə cüdoçuların dünya çempionatındakı çıxışları, habelə növbəti turnirlərə hazırlıq vəziyyəti müzakirə olunub.