Türkiyə yığmasında, “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray” kimi klublarda baş məşqçi olmuş Mustafa Dənizlinin yeni iş yeri bəlli olub. Apasport.az saytının xəbərinə görə, 63 yaşlı çalışdırıcı PTT Birinci Liqa təmsilçisi “Şanlıurfaspor”la anlaşıb.
Mövsümə böyük yatırımlar və transferlərlə başlayan rəhbərlik üst-üstə alınan mənfi nəticələrdən sonra baş məşqçiləri Raşit Çetinerlə yolları ayırıb. Klub indi həmin posta Dənizlini gətirir.
Qeyd edək ki, türkiyəli çalışdırıcı son olaraq ötən mövsüm “Rizəspor”u çalışdırıb və həmin klubu Superliqaya çıxarıb.