“Xəzər Lənkəran” klubunun türkiyəli baş məşqçisi Mustafa Dənizli ölkəmizi tərk edib. Apasport.az saytının məlumatına görə, fevralın 1-də “Qarabağ”la oyun ərəfəsində səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilən 64 yaşlı mütəxəssis şəxsi həkiminin onun müayinə etməsi üçün İstanbula gedib.
Yüksək təzyiq səbəbi ilə Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilən Dənizli özünü yaxşı hiss etdiyi üçün evə buraxılmışdı. Lakin görünür, türkiyəli hər ehtimala qarşı uzun illər tanıdığı şəxsi həkiminin onu təkrar müayinə etməsini lazım bilib.
Böyük ehtimalla, fevralın 9-da Topaz Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək “Neftçi” ilə oyunda “Xəzər Lənkəran”ı meydana məhz Dənizli çıxardacaq.
Qeyd edək ki, III dövrənin açılış oyununda “Xəzər Lənkəran” “Qarabağ”la görüşə köməkçi-məşqçi Oğuz Çətinin rəhbərliyi altında çıxıb və 1:0 hesabı ilə qalib gəlib.

Mustafa Dənizli Türkiyəyə getdi
Oxşar yazılar

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39