Moskvadan "Fənərbağça"ya rədd cavabı
17 dekabr 2015 12:11 (UTC +04:00)

Moskvadan "Fənərbağça"ya rədd cavabı

Avropa Liqasının 16/1 final mərhələsində Moskva "Lokomotiv"i ilə qarşılaşacaq "Fənərbağça"ya Rusiyadan məyusedici xəbər gəlib. Lent.az "Hürriyət"ə istinadən xəbər verir ki, Rusiyanın müfaviq dövlət orqanı Moskvadakı oyuna İstanbul klubunun üzvlərinin özəl təyyarə ilə gəlməsinə icazə verməyib. Türkiyə klubunun Moskvaya aviareys təşkil edən şirkətlərdən biri ilə razılşaraq bütün biletləri alacağı və təyyarələrdən birini bu yolla kiryələyəcəyi bildirilir.

 

Qeyd edək ki, "Fənərbağça" ilə "Lokomotiv" arasındakı ilk oyun fevralın 16-da İstanbulda keçiriləcək. Cavab oyunun isə fevralın 25-də baş tutmalıdır. Bəzi xəbərlərə görə, Rusiya klubu fevralın 25-də keçirilməsi nəzərdə tutulan oyunu siyasi gərginlik səbəbi ilə neytral meydanda oynamaq istəyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar