UEFA prezidenti Mişel Platini Türkiyənin “Fənərbağça” klubunun Avropa kuboklarından 2 il müddətinə kənarlaşdırılmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, Platini mövqeyini Monakoya Çempionlar Liqasının püşkatma mərasimində iştirak üçün gedən “Qalatasaray” rəsmilərinə açıqlayıb.
O deyib: “Danışılmış oyunda iştirak elə bir olaydır ki, ya özünü təmizləməli, ya da cəzanı çəkməlisən”.
Qeyd edək ki, UEFA İntizam Komitəsi “Fənərbağça”nı 2010-2011-ci il mövsümündə danışılmış oyunlarda iştirakı səbəbindən 2+1 il müddətinə Avropa kuboklarından kənarlaşdırıb. Sonradan Apellyasiyasi Komitəsi cəzanı 2 ilə endirib. İdman Arbitraj Məhkəməsi isə bu qərarı qüvvədə saxlayıb.