“Trabzonspor” baş məşqçi postuna Mirça Luçeskunu gətirməkdə israrlıdı. Apasport.az saytının “Sabah”a istinadən məlumatına görə, yeni seçilən prezident Muharrem Usta rumınyalı mütəxəssislə onun vətənində görüşüb.
Klubun gələcək planlarını müzakirə edən tərəflər arasında anlaşma əldə olunub.
Belə ki, Luçesku ilə Usta mövsümün sonunda, 2016-cı ilin may ayında yenidən danışıqlar masasına oturmaq barəsində razılıq əldə ediblər.