Millimizin Fransa və İsveçrə ilə oyunlar üçün heyəti müəyyənləşdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
APA-nın məlumatına görə, baş məşqçi Milan Obradoviç bu ay keçiriləcək oyunlara 23 futbolçu çağırıb.
Bu futbolçular oktyabrın 6-7-də, həmçinin 12-16-da Bakıda, ayın 8-11-də isə Fransada təlim-məşq toplanışında olacaq. Yığma bu müddətdə AVRO-2021-in seçmə qrup mərhələsi çərçivəsində iki matç keçirəcək. Komanda oktyabrın 10-da Kale şəhərindəki “Stade de Lepope”də Fransa, 5 gün sonra Sumqayıtdakı “Kapital Bank Arena”da İsveçrə yığması ilə qarşılaşacaq.
1 Kamran İbrahimov Neftçi
2 Şahin Zəkiyev Keşlə
3 Nicat Mehbaliyev Sumqayıt
4 Amin Seydiyev Qəbələ
5 Turan Manafov Səbail
6 Murad Qayalı Keşlə
7 Nihad Tamazov Qarabağ
8 Anton Krivotsyuk Neftçi
9 Elçin Mustafayev Sabah
10 Hüseyin Seyliğli Gənclərbirliyi (Türkiyə)
11 Rafael Məhərrəmli Zirə
12 Hacıağa Hacılı Qarabağ
13 Fərid Nəbiyev Slaviya (Çexiya)
14 Barış Ekincier Austriya (Klagenfurt, Avstriya)
15 Rövlan Muradov Qəbələ
16 Səbuhi Abdullazadə Sumqayıt
17 Tural Bayramlı Keşlə
18 Şakir Seyidov Sabah
19 İsmayıl İbrahimli Qarabağ
20 Elvin Cəfərquliyev Sumqayıt
21 Ozan Can Kökcü Sabah
22 Süleyman Əhmədov Sumqayıt
23 Doğukan Öksüz Eyüpspor (Türkiyə)
644