Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız gücünü belaruslu həmyaşıdları ilə oyunda sınayıb.
Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada dörd qol vurulsa da qalib müəyyənləşməyib.
Oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
Yoldaşlıq oyunu, qızlar
Azərbaycan U-19 – Belarus U-19 – 2:2
Qollar: Yaiza Relea, 53, Malena Ortis, 61 - Oksana Dranovskaya, 29, Natalya Rodelqo, 82 (öz qapısına)