Kişi basketbolçulardan ibarət Azərbaycan millisi forma problemi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, əsas komandamız bu çətinliyi Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunan “Nooruz-2016” turnirində yaşayır.
Basketbolçularımız keçirdiyi 2 oyuna yığmanın formasında deyil, NTD-nin geyimi ilə çıxıb.
Bu qeyri-adi hala Azərbaycan Basketbol Federasiyası aydınlıq gətirib. Qurumdan saytımıza bildirilib ki, bunda hansısa problem yoxdu: “Hazırda NTD çempionatımızın lideridi. Bişkekə yollanan yığmanın əsasını da Bakı təmsilçisinin üzvləri təşkil etdiyindən həmin klubun forması ilə oynamaq məqsədəuyğun sayılıb”.
Qeyd edək ki, yarış martın 21-də başa çatacaq.