FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, millimiz Latviyanın U-19 komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun Bakı vaxtı ilə saat 15:15 başlayıb.
Oyunda hesabı millimiz açıb. Belə ki, 41-ci dəqiqədə Pilağa Mehdiyev vurduğu qolla komandamızı hesabda önə keçirib. Ancaq yığmamız bu üstünlüyü çox saxlaya bilməyib. Cəmi 3 dəqiqə sonra latviyalılar penaltidən fərqlənməklə, tarazlığı bərpa ediblər.
İkinci hissədə qol olmayıb və yığmamız turnirdəki ilk oyununda heç-heçəyə razılaşıb.
4 yanvar
Azərbaycan - Latviya 1:1
Qollar: Pilağa Mehdiyev, 41 - Roberts Uldrikis, 44 (pen.)