Millimiz Avropa çempionatında 1/8 finala qrup ikincisi kimi yüksəlib
0
0
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyunu keçirib.
APA-nın məlumatına görə, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda milli Rumıniyanı sınağa çəkib.
Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri beşinci görüşdə 4-cü qələbələrini qazanıblar.
Hər 3 hissə komandamızın üstünlüyü ilə keçib. İlk seti 10 top irəlidə bitirən voleybolçularımız növbəti hissəni 25:14 hesabı ilə aktivinə yazıb. Ardınca rəqib oyunda dönüş yaratmağa çalışıb. Lakin milli bu dəfə də 25:21 hesablı qələbəyə sevinib və rəqibini ümumi hesabda 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, aktivindəki xallarının sayını 10-a çatdıran komanda 1/8 finala qrup ikincisi kimi yüksəlib. Voleybolçularımızın rəqibi C qrupunun oyunları bitdikdən sonra dəqiqləşəcək.
Avropa çempionatı
C qrupu
29 avqust
22:30. Rumıniya - Azərbaycan - 0:3 (15:25, 14:25, 21:25)
0
0