Millətlər Liqasında VAR sistemi tətbiq olunacaq
Millətlər Liqasında VAR sistemindən istifadə olunacaq.
ONA-nın məlumatına görə, UEFA-nın bayrağı altında keçirilən milli komandalar səviyyəsində turnirlərdə ilk dəfə bu texnologiya tətbiq ediləcək.
Bu, birinci dəfə təşkil olunan Millətlər Liqasının iyunun 5-də start götürəcək final mərhələsində gerçəkləşəcək. Portuqaliyada meydan sahibləri, İngiltərə, İsveçrə və Hollandiya yığmalarının mübarizə aparacağı turnirin 4 oyununda da hakimlər VAR sistemindən yararlanacaq.
Qeyd edək ki, yarımfinalın iyunun 5-də keçiriləcək ilk oyununda Portuqaliya ilə İsveçrə, ertəsi gün Hollandiya ilə İngiltərə üz-üzə gələcək.
722