Milinko Pantiç: ““Mən məşqçiliyə başlayanda Qvardiola 3-cü liqada çalışırdı”
02 iyul 2013 21:39 (UTC +04:00)

Milinko Pantiç: ““Mən məşqçiliyə başlayanda Qvardiola 3-cü liqada çalışırdı”


“Komandada qısa müddətdir çalışsam da, gəlməmişdən öncə çox oyunlarını izləmişəm. Məşqlərin əvvəllərində futbolçuların çoxu dözə bilmirdi və şikayət edirdi. Eləsi var idi ki, qıraqda gedib qaytarırdı. Hazırda isə “Bakı”nı çox yaxşı vəziyyətdə görürəm”. Lent.az-ın məlumatına görə, bunu “Bakı”nın yeni baş məşqçisi Milinko Pantiç deyib.

Onun fikrincə, futbolçular mövsümlərarası fasiləyə gedəndə proqramla işləməyiblər: “Onlar indi də bunun əziyyətini çəkirlər. Bu, mənim günahım deyil. Peşəkar futbolçu istirahətə də gedəndə proqramla işləməlidir. Bir-iki nəfərin istəyinə görə məşq üslubumu dəyişən deyiləm. Həyatda asan iş yoxdur. Uğur qazanmaq üçün çox işləmək lazımdır. Mən də futbolçu olanda bundan 10 qat artıq məşq edirdik. Əlbəttə, təlim-məşq toplantılarında belə ağır məşqlər heç birimizin xoşuna gəlmirdi. Fiziki yüklənmələrə dözə bilməyənlər arasında təkcə milli komandanın oyunçuları yox, əcnəbilər də var idi. Oyunçuların hamısına eyni gözlə baxıram. Məşqlərdə baxıram ki, 18 yaşlı futbolçu dözə bilmir. Hamısı çalışır ki, məşqçinin gözünə girsin. Bunların hamısı keçmişdə fiziki hazırlıq sarıdan çətinliklərin olduğunu göstərir. Biz çalışırıq ki, ilk növbədə, futbolçuların beynini dəyişək”.

Yeni baş məşqçi bildirib ki, komandada bir neçə oyunçuya ehtiyacı var və onlarla danışıqlar gedir. Pantiç onu da qeyd edib ki, Qətər, Dubay və İspaniyanın müxtəlif klublarından təkliflər alsa da, sonda “Bakı”da çalışmağa üstünlük verib: “Bura işləməyə, çalışmağa, uğur qazanmağa gəlmişəm. Mən baş məşqçiliyə gələndə Xosep Qvardiola hansısa 3-cü liqada işləyirdi. Sonra isə bu qədər böyük uğurlara imza atdı. Bir qədər səbr edin. Gələn ilin mayında işimin nəticəsini görərsiniz. Mən bura dağıtmağa yox, qurmağa gəlmişəm. Özümə düşmən qazanmağa gəlməmişəm”.

 

# 527
avatar

Oxşar yazılar

Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57