Məsut Özil “Real”ın prezidentini məhkəməyə verəcək
13 sentyabr 2013 03:22 (UTC +04:00)

Məsut Özil “Real”ın prezidentini məhkəməyə verəcək

Bu yay “Real”dan ayrılaraq “Arsenal”a transfer olunan Məsut Özillə bağı maraqlı xəbər gündəmə gəlib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi sabiq klubunun prezidenti Florentina Perezi məhkəməyə verməyə hazırlaşır. 

Perezin haqqında dediyi mənfi fikirlərə əsəbiləşən Məsut bu sözləri deyib: “O, deyir ki, Özil qadın düşkünüdür, nizam-intizamsızdır, peşəkar futbolçu deyil. Əgər peşəkar olmasaydım, “Real”da 159 oyunda iştirak etməzdim”.

Qeyd edək ki, Məsutun atası, Mustafa Özilin də bu məsələni məhkəmədə həll etməyə ciddi yanaşdığı iddia olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244
avatar

Oxşar yazılar