İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bu ölkənin iqtisadi cinayətkarlıqla mübarizə idarəsinə 5 milyon avro cərimə ödəyib. Lent.az-ın məlumatına görə, bu barədə məhkəmədən açıqlama verilib.
Argentina millisində də çıxış edən hücumçu və atası 5 milyon 16 min 542 avro 27 sent ödəsələr də, sentyabrın 17-də məhkəmədə ifadə verməli olacaqlar. Messi 2006 – 2009-cu illərdə 4 milyon avro vergi ödəməməkdə şübhəli bilinir.
Qeyd edək ki, Lionel Messi ildə 40 milyon avrodan çox qazanır.