“Barselona” və Argentina milli komandasının hücumçusu Lionle Messi Qabonda stadionun təməlqoyma mərasimində iştirak edib. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, Messi bu mərasimə Qabon prezidenti Ali ben Bonqo Ondimbanın dəvəti ilə gəlib.
Əvvəlcə azarkeşlərlə görüşən və avtoqraf paylayan ulduz futbolçu daha sonra isə stadionun təməlqoyma mərasimində iştirak edərək tikintiyə ilk daşı atıb.
Qeyd edək ki, həmin stadionda 2017-ci il Afrika Millətlər Kubokunun oyunları keçiriləcək.