Messi imzalı formanı Obamaya hədiyyə edib
02 aprel 2016 16:05 (UTC +04:00)

Messi imzalı formanı Obamaya hədiyyə edib

Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ABŞ prezidenti Barak Obamaya hədiyyə göndərib.

 

Lent.az-ın "Report"-a istinadən məlumatına görə,  Messi üzərində B.Obamanın qızlarının adı yazılan formanı imzalayaraq Ağ Evə yollayıb.

Bir müddət əvvəl Obama Argentinaya səfər edərkən qızlarının Messinin pərəstişkarı olduğunu, lakin onunla görüşə bilmədiklərini deyib. Futbolçu isə öz növbəsində bu açıqlamaya təəccübləndiyini, özünün də görüşmək istədiyini, ancaq hələlik zamanının olmadığını deyib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar