Messi böyrəyindən əməliyyat olunacaq
08 fevral 2016 23:17 (UTC +04:00)

Messi böyrəyindən əməliyyat olunacaq

0

“Barselona” futbol klubunun hücumçusu Lionel Messi fevralın 9-da böyrəyindən əməliyyat olunacaq.

 

APA-nın “Sport.es” saytına istinadən verdiyi xəbərə görə, argentinalı ulduz komandanın bugünkü məşqində iştirak etməyib.

 

Qeyd olunur ki, əməliyyat yüngül xarakterli olacaq və L.Messi elə həmin gün evə buraxılacaq. Məlumata əsasən, “Qızıl top” mükafatçısı artıq fevralın 11-də  yaşıl meydana qayıda bilər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar