Almaniyanın "Şalke” klubunun üzvü Dennis Aoqo xoşagəlməz hadisə ilə qarşılaşıb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, futbolçunun çantası oğurlanıb.
Hadisə Köln hava limanında futbolçunun müsahibə verdiyi zaman baş verib. 29 yaşlı təcrübəli oyunçu müsahibə verərkən çantasını reklam bannerinin arxasına qoyub. Müsahibədən sonra isə çantanın yerində olamdığını görüb. Futbolçuya məxsus çantanın içində pasport, təyyarə bileti və netbukla yanaşı müəyyən miqdarda pul da olub.
İlk öncə reklam lövhəsinin arxasına qoyduğu çantanı tapmayan Aoqo bunu komanda yoldaşlarının zarafatı hesab edib. Daha sonra o, polislə birlikdə təhlükəsizlik kameralarına baxıb. Çanta tapılmasa da, içindəki pasport, kitab və açarlar avtomobil parkının yanında tapılıb.
Qeyd edək ki, Aoqo Avropa Liqasının 1/16 final mərhələsinin ilk matçı çərçivəsində keçirilən Donetsk "Şaxtyor"u ilə oyun üçün Ukraynaya uçmağa hazırlaşırmış.