Maradona arvadını məhkəməyə verdi
20 iyul 2015 22:03 (UTC +04:00)

Maradona arvadını məhkəməyə verdi

Dünya futbolunun ulduzu Dieqo Maradona ilk həyat yoldaşı Klaudio Villafaneni məhkəməyə verib.
 
ANS PRESS-in məlumatına görə, Dieqo ilk həyat yoldaşının onun bank hesablarından 8.7 milyon dolları icazəsiz aldığını bildirib. 54 yaşlı Maradona məhkəməyə verdiyi Villafane barəsində isə bunları deyib: "13 il evli olduğum qadının mənə bunu etdiyinə inana bilmirəm".
 
Maradona araşdırmalar nəticəsində ilk həyat yoldaşının ABŞ-da Mayamidə 2 milyon dollarlıq üç mənzil aldığını da deyib. Əfsanəvi fubolçu onun hesabından oğurlanan 3 milyon dolların isə Uruquvaydaki bir bank hesabına köçürdüyünü də bildirib.
Araşdırmalar sonunda o da məlum olub ki, 40 min dollarlıq ödəmə edildiyi deyilən bir stomatoloq əslində heç də stomatoloq deyilmiş.
 
Köhnə cütlük arasındakı məhkəmə gələn həftə baş tutacaq. Maradonanın ilk həyat yoldaşından olan qızı Dalma isə atasının səhv adamlar tərəfindən idarə edildiyini, anasının isə dünyanın ən dürüst insanı olduğunu deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar