Türkiyənin “Qalatasaray” klubu Roberto Mançini ilə danışıqlara başladığı barədə birjanı məlumatlandırıb. Lent.az-ın məlumatına görə, artıq İstanbulda olan yeni baş məşqçi ilə sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 2 illik müqavilə bağlanılacaq.
Ona hər mövsüm üçün 4,5 milyon avro əmək haqqı, çempionluq üçün 1 milyon avro, Türkiyə Kuboku və Superkubokunu qazanacağı, klub Çempionlar Liqasında qrupdan çıxacağı, Avropa kuboklarında keçəcəyi mərhələnin qarşılığında hər dəfə 500 min avro mükafat ödəniləcək. Bununla da Mançini “Qalatasaray” tarixinin ən bahalı baş məşqçisi olacaq.
Qeyd edək ki, klubun əvvəlki baş məşqçilərindən Fatih Terim ildə 3,5 milyon avro, Frank Raykard isə 4 milyon avro qazanıb.