Macarıstan yığması Azərbaycanla oyun üçün bir futbolçunu heyətdən kənarlaşdırıb
03 iyun 2019 10:45 (UTC +04:00)

Macarıstan yığması Azərbaycanla oyun üçün bir futbolçunu heyətdən kənarlaşdırıb

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Macarıstan yığmasının heyətində dəyişiklik olub.
 
ONA-nın məlumatına görə, baş məşqçi Marko Rossi Attila Fiolanı heyətdən çıxarmağa qərar verib.
 
İyunun 8-də Bakıda millimizə qarşı keçiriləcək oyuna hazırlıqların ilkin mərhələsinə qatılan 29 yaşlı sağ cinah müdafiəçisi təlim-məşq toplanışının ikinci hissəsinə qatılmayıb. Buna səbəb futbolçunun hazırlıq səviyyəsidir.
 
Belə ki, “Videaton”un üzvü uzunmüddətli zədədən qayıtsa da, durumu baş məşqçini qane etmir. Bunu M.Rossinin özü açıqlayıb: “Biz futbolçunun özü ilə durumunu müzakirə etdik. O, komandamıza kömək edə bilməyəcəyi barədə fikirlərimlə razılaşdı. Biz Azərbaycan və Uelslə görüşlərə hazırlığı onsuz davam etdirəcəyik”.
 
Qeyd edək ki, iyunun 8-də baş tutacaq Azərbaycan – Macarıstan görüşü “Bakcell Arena”da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar