Londonda Şevçenko və Droqba adına metro stansiyası
05 oktyabr 2013 12:36 (UTC +04:00)

Londonda Şevçenko və Droqba adına metro stansiyası

İngiltərə Futbol Assosiasiyası (FA) və London metrosu 2013-cü ildə 150 illik yubileyini qeyd edəcəklər. Lent.az-ın məlumatına görə, əlamətdar hadisə ilə əlaqədar metro stansiyalarına futbol ulduzlarının adlarının qoyulmasına və müxtəlif adlarda futbol tematikasından yararlanmağa qərar verilib.

 

Aksiya simvolik xarakter daşıyacaq. Futbolla bağlı adların əks olunacağı metro xəritəsi yalnız xatirə nişanı olacaq. Çünki əslində hər bir stansiya öz ənənəvi adlarını qoruyur. London metrosunda 14 xətt, 367 stansiya var. Xətlərə “Cinah müdafiəçiləri”, “Mərkəz müdafiəçiləri”, “Dünya çempionatlarının ulduzları”, “Hakimlər/inzibatçılar”, “İngiltərə Kubokunun qəhrəmanları”, “Məşqçilər”, “Qapıçılar”, “Yarımmüdafiəçilər”, “Qadın futbolçular”, “Yığmanın ilk kapitanları”, “Əcnəbi ulduzlar” kimi adlar veriləcək. Stansiyalara adları verilənlər arasında isə Andrey Şevçenko, Devid Bekhem, Didye Droqba, Petr Çex, Ueyn Runi, Maykl Ouen və digər futbolçular da olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1145
avatar

Oxşar yazılar