Konte “Roma”ya gedir
İtaliyanın “Roma” klubunun baş məşqçi vəzifəsinə Antonio Konte gətirilə bilər.
ONA-nın məlumatına görə, “Yuventus” və “Çelsi” kimi klublar, həmçinin İtaliya yığmasına rəhbərlik etmiş çalışdırıcını paytaxt klubuna Françesko Totti dəvət edib.
“Canavarlar”ın əfsanəsi müqaviləsi yayda başa çatacaq Klaudio Ranyerini məhz A.Kontenin əvəzləməsini istəyir. Lakin 49 yaşlı mütəxəssisi daha iki İtaliya klubu “Milan” və “İnter” də ələ keçirmək niyyətindədir. Milan təmsilçiləri “Roma” ilə müqayisədə daha cəlbedici maliyyə şərtləri təklif etmək gücündədirlər.
Qeyd edək ki, “Roma” hazırda A seriyasında 5-ci pillədə qərarlaşıb. 32 turdan sonra komandanın hesabında 54 xal var.
777