Klublarımızın ÇL-dəkı ilkləri
02 avqust 2017 00:06 (UTC +04:00)

Klublarımızın ÇL-dəkı ilkləri

“Qarabağ” Azərbaycan futbolunda ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasında III təsnifat mərhələsini adlayan ilk klubumuz kimi tarixə düşüb.

 

Bunadək “Bakı” və “Neftçi” hərəyə 1, “Qarabağ”ın özü isə 3 dəfə pley-offun bir addımlığıdan büdrəmişdi. Həmin 5 cəhddə Avropa Liqasının pley-offuna göndərilən təmsilçilərimizdən fərqli, bu dəfə çempionumuz ilk dəfə Çempionlar Liqasında qrupun bir addımlığına yüksəlib.

 

Çempionlar Liqasının ən önəmli ilklərinə nəzər salsaq, “Qarabağ” birinci dəfə bu siyahıya düşüb. Avrokuboklar tarixində və Avropa Liqasında önəmli ilklərin müəllifi olan ağdamlılar ardıcıl 4-cü dəfə qatıldığı turnirdə də heç kimin bacarmadığını reallaşdırıb.

 

İlk oyun

23 iyul 1997. “Neftçi” – “Vidzev” (Polşa) - 0:2

 

İlk qol

22 iyul 1998. LKS (Polşa) – “Kəpəz” - 4:1

İmamyar Süleymanov

 

İlk xal

21 iyul 1999. “Kəpəz” - “Sloqa Yuqomaqnat” (Makedoniya) - 2:1

 

İlk qələbə

21 iyul 1999. “Kəpəz” - “Sloqa Yuqomaqnat” (Makedoniya) - 2:1

 

İlk mərhələ keçən

2000/01. “Skonto” (Latviya) – “Şəmkir” - 2:1, 1:4 (əlavə vaxtda)

 

İlk səfər qələbəsi

20 iyul 2005. “Hafnarfyordur” (İslandiya) - “Neftçi” - 1:2

 

I mərhələdən azad olan ilk komanda

2009/10. “Bakı”

 

II təsnifat mərhələsini adlayan ilk komanda

2009/10. “Ekranas” (Litva) – “Bakı” - 2:2, 2:4

 

Avropa Liqasına göndərilən ilk komanda

2009/10. “Bakı”

 

III təsnifat mərhələsini adlayan ilk komanda

2017/18. “Qarabağ” – “Şerif” (Moldova) 0:0, 2:1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar