«WBC» versiyası üzrə ukryanalı dünya çempionu Vitali Kliçko bütün titullarından imtina etdiyini bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, boksçu özünü Ukrayna siyasətinə həsr edəcəyini qərar alıb.
Xatırladaq ki, o, hazırda bu ölkədə keçirilən avrointeqrasiya aksiyalarında aparıcı rollardan birini oynayır.
Dekabrın 16-da o, ölkədə yeni prezident seçkilərinə hazırlığın başlayacağını və bu posta namizədliyini irəli sürəcəyini bəyan edib.
Mənbənin xatırlamasına əsasən, peşəkar rinqdə döyüşdüyü müddət ərzində o,45 qələbə qazanıb, iki dəfə məğlub olub.
Dünya Boks Şuras Kliçkonun qərarını anladığını, karyerasını istənilən vaxt bərpa edəcəyinin mümkünlüyünü bildirib: «O, istənilən vaxt, istənilən boksçu ilə çempionluq uğrunda mübarizə apar bilər».