Klarens Zeedorf La Liqa klubuna baş məşqçi təyin olundu
05 fevral 2018 21:56 (UTC +04:00)

Klarens Zeedorf La Liqa klubuna baş məşqçi təyin olundu

Keçmiş məşhur niderlandlı futbolçu Klarens Zeedorf İspaniyanın “Deportivo” klubunun baş məşqçisi təyin edilib.

 

APA-nın xəbərinə görə, bu barədə La-Korunyalı klubun saytında bildirilir.

 

“Milan”ın sabiq futbolçusu və məşqçisi “Deportivo” ilə mövsümün sonunadək müqavilə imzalayıb. Ötən gün La Liqa təmsilçisinin baş məşqçisi Kristobal Parralo istefaya göndərilib. Hazırda “Deportivo” İspaniya çempionatında 18-ci pillədə qərarlaşıb.

 

Bundan əvvəl 41 yaşlı K.Zeedorf Çinin “Şençjen” klubuna rəhbərlik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar