Qəbələ Olimpiya kompleksində peşəkar boks gecəsi keçirilir. Lent.az-ın məlumatına görə, tədbirə gələnlər arasında Azərbaycan Boks Federasiyasının prezidenti, fövqəladə halla naziri Kəmaləddin Heydərov, «Qəbələ» İdman Klubunun prezidenti Tale Heydərov da var.
Tədbirə olimpiya çempionları Fərid Mansurov, Elnur Məmmədli və başqa tanınmış idmançılar, idman funksionerləri qatılıb.
5 döyüşdən ibarət gecədə maraqlı mübarizənin İBF və WBO versiyaları üzrə Avropa çempionu uğrunda Azərbaycan idmançısı Fariz Məmmədov və almaniyalı Matias Pelk arasında keçəcəyi gözlənilir.