Kəmaləddin Heydərov: “Bəzi beynəlxalq federasiyalarda da ikili standartlar mövcuddur”
29 oktyabr 2013 16:58 (UTC +04:00)

Kəmaləddin Heydərov: “Bəzi beynəlxalq federasiyalarda da ikili standartlar mövcuddur”

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Qazaxıstanın Almatı şəhərində keçirilmiş dünya çempionatında uğur qazanmış milli komandamızın üzvləri və il ərzində müxtəlif nüfuzlu yarışlarda fərqlənmiş digər boksçularla görüşüb. Tədbirdə çıxış edən Heydərov yığmamızın dünya çempionatından böyük qələbələrlə döndüyünü bildirib.

 

O, 2 qızıl, 1 bürünc medal qazanmış boksçularımızı Azərbaycan Boks Federasiyasının adından təbrik edərək, bunu ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib.

 

Bu, ölkəmizdə cənab prezident İlham Əliyevin gənclər və idman sahəsində həyata keçirdiyi uzunmüddətli siyasətin nəticəsidir. Əvvəllər təkcə boksçularımızın deyil, digər növlər üzrə idmançılarımızın da məşq etməyə belə yerləri yox idi. Amma indi Azərbaycanın hər bir regionuna gedirsən, hər yerdə olimpiya kompleksləri və digər idman qurğuları istifadəyə verilib. Bu, ölkəmizin digər sahələrində olduğu kimi qazandığı nailiyyətlərdən biridir”.

 

Federasiya prezidenti bildirib ki, hər yerdə olduğu kimi, bəzi beynəlxalq federasiyalarda da ikili standartlar mövcuddur: «Bəzən istəyirlər ki, öz niyyətlərini həyata keçirsinlər. Beynəlxalq Həvəskar Boks Federasiyasının əsas texniki heyəti boksçularımızın nəticələrini aşağı salırdılar. Amma qalibi mühakimə etmirlər. Biz ümumi komanda hesabında 3-cü yeri tutmuşuq, Azərbaycanın idman salnaməsinə yazılmışıq. Bundan sonra da qazanılacaq medallar siyahısında öz yerimizi tutmuşuq. İdman uğurlarınızla siz nə qədər yüksək pillələrə qalxsanız, deməli, Azərbaycan gəncliyi o qədər sağlamdır».

 

Dünya çempionatında medal qazanmış boksçularımız çıxış etdikdən sonra ABF prezidenti Kəmaləddin Heydərov dünya çempionatında fərqlənən boksçularımızı mükafatlandırıb və onlarla birgə nahar edib.

 

APA TV

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1285
avatar

Oxşar yazılar