Tatarıstanın paytaxtı Kazanda Ümumdünya yay Universiadasının təntənəli açılışı olub.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, «Kazan arena» stadionunda keçirilən açılışı 45 minə yaxın tamaşaçı izləyib.
4 saatlıq mərasimdə universiadanın məşəli alovlandırılıb. O, odunu Parisin Sarbonna Universitetindən götürüb.
Xatırladaq ki, universiada 1923-cü ildə ilk dəfə orada keçirilib.
Universiadanın tarixində Kazan yarışmasının ən irimiqyaslı olacağı gözlənilir.
Bu yarışda 162 ölkəni 10,5 min idmançı təmsil edəcək.