Rusiyanın Kazan şəhərindəki Universiada Kəndində Azərbaycan bayrağı qaldırılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasimə nazirlik rəsmiləri, FİSU (Beynəlxalq Universitet İdmanı Federasiyası), "Gənclik" Tələbə İdman Cəmiyyətinin və Tatarıstanın dövlət nümayəndələri qatılıblar.
İyulun 6-da start götürəcək Universiadada ölkəmiz geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq. İdmançılarımızın bəziləri artıq Kazandadırlar. Digər qruplar isə qarşıdakı günlərdə yola düşəcəklər.