Kasparov FİDE prezidenti postuna namizəd oldu
08 oktyabr 2013 10:28 (UTC +04:00)

Kasparov FİDE prezidenti postuna namizəd oldu

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postuna yeni namizəd irəli sürülüb. Lent.az-ın məlumatına görə, əslən bakılı 13-cü dünya çempionu Harri Kasparov FİDE-yə rəhbərlik iddiasını rəsmən açıqlayıb.

 

O, qurumun hazırkı rəhbəri Kirsan İllümjinovla rəqabət aparacaq. Seçki 2014-cü ilin avqustunda Norveçin Trömse şəhərində 41-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baş tutacaq.

 

Qeyd edək ki, Kirsan İllümjinov FİDE-yə 1995-ci ildən başçılıq edir. Harri Kasparov isə 1985-ci ildə  Anatoli Karpovu yenərək, dünya çempionu adını qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793
avatar

Oxşar yazılar