Karateçilərimiz İslam Oyunlarına uğurla başlayıb
23 sentyabr 2013 22:41 (UTC +04:00)

Karateçilərimiz İslam Oyunlarına uğurla başlayıb

İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Oyunlarının ilk günündə Azərbaycan karateçiləri uğurlu çıxış edib. Lent.az-ın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən  məlumatına görə, idmançılarımız  1 qızıl və 1 gümüş medal qazanıb.

 

İslam oyunlarında 4 görüş keçirən Ayxan Mamayev ilk iki döyüşdə 8:0, üçüncü döyüşdə 1:0 hesablı qələbə qazanıb. Finalda isə karateçimiz Misir idmançısı Hani Keştanı 9:1 hesabı ilə məğlub edib.

 

Öz növbəsində Şahin Atamov ilk döyüşdə 5:3, ikincidə 2:0, yarımfinalda isə 1:0 hesabı ilə qalib gəlib. Yalnız finada iranlı rəqibinə məğlub olan Ş.Atamov Azərbaycan millisinə III İslam Oyunlarında ilk medalı qazandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162
avatar

Oxşar yazılar