III İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkəmizin idmançıları sentyabrın 25-də 3 medal qazanıb. Lent.az - ın Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti istinadən məlumatına görə, karateçilərimiz yarışlarda çıxışlarını uğurla başa vurublar. Onlar komanda yarışlarında İndoneziya, Malayziya və Əlcəzair yığmalarına qalib gələn komandamız finala vəsiqə qazanıb.
Finalda 3:1 güclü İran yığmasının 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
İlk döyüşdə Niyazi Əliyev özündən ağır və hündür olan rəqibə məğlub olsa da sonrakı qarşılaşmalarda Asiman Qurbanlı, Rafayel Ağayev və Şahin Atamovun inamlı qələbələri sayəsində komandamız qalib gəlib. Buna görə də komandanın 5-ci üzvü Ayxan Mamayevin döyüşməsinə ehtiyac qalmayıb.
Ağırlıqqaldırma yarışlarında idmançımız Zülfüqar Süleymanov 62 kq çəki dərəcəsində yarışların bürünc medalını qazanıb. Zülfüqar birdən qaldırma 123 kq, təkanla qaldırmada 155 kq çəkinin öhdəsindən gəlib və ümumi 278 kq nəticə ilə üçüncü olub.
Qeyd edək ki, Zülfüqar gələn ay Polşada keçiriləcək dünya çempionatında da yığma komandamızın heyətində olacaq.
Üzgüçülük yarışlarında 100 metr məsafəyə batterflyay üsulla üzmədə Yevgeni Lazuka bürünc medal qazanıb.
Xatırladaq ki, Y. Lazukanın bir gün öncə 50 metr məsafəyə baterflyay üsulla üzmədə gümüş medala layiq görülmüşdü. Sentyabrın 25-də idmançımız 55,05 saniyə nəticə ilə özünün 2-ci, komandamızın isə 9-cu medalına layiq görülüb.