Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello karyerasını nə vaxt başa vuracağını açıqlayıb. Lent. az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis 2014-cü il dünya çempionatından sonra İtaliya yığmasının sükanı arxasına keçməyəcəyini bildirib.
O deyib: “Mən Çezare Prandellidən sonra “Skuadra Adzurra”nın baş məşqçisi olmayacağam. Karyeram Rusiya yığmasından ayrıldıqdan sonra başa çatacaq”.
Qeyd edək ki, şimal qonşularımız 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Hazırda Rusiya yığması F qrupunun lideridir. Fabio Kapellonun mövcud müqaviləsi isə dünya çempionatınadəkdir. Karyerası ərzində bir çox uğura imza atmış Kapello heç vaxt İtaliya yığmasında baş məşqçi olmayıb.