Kadırov baş məşqçini qovdu
28 oktyabr 2013 19:03 (UTC +04:00)

Kadırov baş məşqçini qovdu

Rusiyanın “Terek” futbol klubunun baş məşqçisi Yuri Krasnojan istefaya göndərilib. Lent.az-ın məlumatına görə, bu barədə Qroznı komandasının azarkeşləri ilə görüşündə Çeçenistan prezidenti Ramzan Kadırov açıqlama verib.

 

O bildirib ki, səbəb “Terek”in Rusiya Premyer Liqasında pis nəticələri olub. Kadırov baş məşqçi ilə komandanın ümumi dil tapa bilmədiyini də əlavə edib. Çeçenistan prezidenti Krasnojanın peşəkarlığı və insani keyfiyyətlərini yüksək qiymətləndirsə də, onun komandanın hazırlığı və gənc çeçen futbolçu nəslinin yetişdirilməsi tapşırığının öhdəsindən gələ bilmədiyini vurğulayıb.

 

Hələlik yeni baş məşqçinin adına aydınlıq gəlməyib. Həmin şəxs Rusiya və ya MDB ölkələrindən olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199
avatar

Oxşar yazılar