"XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, iyulun 19-u səhər saatlarında paytaxtımıza gələn ispaniyalı atletlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Atletlər kəndinə gətirilib.
Qeyd edilib ki, qonaqların, atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına Neoplan avtobuslar və miniavtobuslar (Mercedes Sprinter) cəlb edilib.