Prezident İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Lent.az “AzərTAc”a istinadən xəbər verir ki, qızıl medal qazanan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat mükafat veriləcək.
İkinci yerin sahibləri 30 min manat, onların məşqçiləri hərəyə 15 min manat, bürünc mükafatçılar 20 min manat, onların məşqçiləri isə hərəyə 10 min manat qazanacaq. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Qeyd edək ki, Azərbaycan idmançıları III İslam Həmrəyliyi Oyunlarında 6 qızıl, 9 gümüş, 9 bürünc medal qazanıblar.