İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha bir idmançısı medal qazanıb. Lent.az-ın məlumatına görə, ikinci yarış günündə karateçi Rafael Ağayev qızıl medala sahib olub.
Ağayev ardıcıl olaraq, Əlcəzair, Türkiyə və Misir təmsilçilərini yenərək, finala çıxıb. Həlledici görüşdə isə o, iranlı rəqibini yenərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, ilk yarış günündə daha 2 karateçimiz medal qazanıb. Ayxan Mamayev qızıl, Şahin Atamov isə gümüş medala sahib olub.