İskəndər Cavadov: “Danışmağın nə mənası?” - AÇIQLAMA
04 noyabr 2013 17:39 (UTC +04:00)

İskəndər Cavadov: “Danışmağın nə mənası?” - AÇIQLAMA

Azərbaycanın veteran futbolçusu və AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov son zamanlar səssiz qalmasının səbəbini açıqlayıb. “Şöhrət” ordenli sabiq hücumçu Lent.az-a açıqlamasında futbolumuzun durumu ilə bağlı danışmağın əhəmiyyətsiz olduğunu bildirib.

 

Vaxtilə bu barədə çox danışdığını və kəskin fikirlərlə yadda qaldığını xatırladan Cavadov ona heç bir dəstək verilməməsindən şikayətlənib: “Ramiz Mirzəyev AFFA prezidenti olduğu vaxt çox danışırdım, “Belə olmaz” deyirdim. Axırı nə oldu? Özümü İcraiyyə Komitəsinin iclaslarından kənarlaşdırdılar. Həmin vaxt kim mənə dəstək oldu? İndi də hamı susub, heç kim mənə dəstək vermir. Bu halda mən danışmağın mənasızlığını düşünürəm”.

 

Veteran futbolçu bildirib ki, səssiz qalması hər şeylə təmin olunduğu üçün deyil: “Mən bu həyatda nə qazanmışamsa, hamısını zəhmətimlə əldə etmişəm. Bütün mükafatlar, fəxri adlar haqqımdır”.

 

Cavadov uzun illər çıxış etdiyi “Neftçi”nin yox, “Bakı”nın İdarə Heyətində yer almasının da səbəbini açıqlayıb. Onun sözlərinə görə, bu, 76 illik tarixə malik klubun ona heç bir dəvət göndərməməsi ilə bağlıdır: “İndiyədək “Neftçi”dən heç kim mənim xidmətimə ehtiyac duymayıb. Halbuki bu komandaya illərimi vermişəm. Məgər Valeri Qazzayev kimi mən də baş məşqçi ola bilməzdim? Bir dəfə də deyən olmadı ki, gəl, şans verək, sən də baş məşqçi işlə”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869
avatar

Oxşar yazılar