İran əngəlləməsə, «Traktor»un oyunları «NTVspro»la da yayımlanacaq
31 iyul 2013 07:28 (UTC +04:00)

İran əngəlləməsə, «Traktor»un oyunları «NTVspro»la da yayımlanacaq

Təbrizin «Traktor» futbol klubunun Asiya çempionlar liqasındakı oyunlarını yaymaq üçün Türkiyənin 2 idman telekanalı ilə ilkin razılıq əldə olunub.

 

Lent.az-ın məlumatına görə, həmin kanallar «NTVspor» və «TRTspor»-dur.

«Traktor»-un oyunlarını onlardan birinin yayımlayacağı ehtimal edilir

Mənbənin bildirdiyinə əsasən, ilkin razılığın əldə edilməsinin gecikməsinə səbəb İranın Türkiyədəki səfirliyinin məsələni əngəlləməsi göstərilib. Belə ki, səfirlik həmin kanallara məktub göndərməklə anlaşmanın baş tutmasına mane olmağa çalışıb. Ancaq hər iki kanal Təbriz klubunun Türkiyədə tərəfdarının çox olduğunu əsas göstərərək, «Traktor»un Asiya çempionatındakı oyunları yayımlamağa qərar verdiklərini bildirib.

Anlaşma İran televiziyasına aid deyil. Bu təşəbbüs bir neçə xoşməramlı tacirin maliyyə yardımı ilə həyata keçiriləcək.

# 888
avatar

Oxşar yazılar