İquayn Ronaldoya çatdı
15 mart 2016 04:26 (UTC +04:00)

İquayn Ronaldoya çatdı

Avropanın ən məhsuldar futbolçusu üçün təsis olunan “Qızıl buts” mükafatı uğrunda mübarizədə ikihakimiyyətlilik yaranıb. Apasport.az saytının məlumatına görə, “Napoli”nin argentinalı hücumçusu Qonzalo İquayn İtaliya çempionatının “Palermo” ilə oyununda qol vurub, 1-ci pilləyə şərik olub.

 

27-ci qol sayəsində xal hesabını 54-ə çatdıran cənubi amerikalı İspaniya “Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronaldo ilə eyni göstəriciyə malikdi. Sonuncu hesabat turunda qola həsrət qaldığından üstünlüyünü əldən verib.

 

Hesabında 54 xal olan liderləri Luis Suares (“Barselona”) və Jonas (“Benfika”) izləyir. Hərəyə 26 qol vuran bu cütlüyün hesabında 52 xal var. Almaniya çempionatının bombardirlərindən Robert Levandovski (“Bavariya”) 48, Pyer Emerik Obameyanq (“Borussiya”) 44 xala malikdi. “Barselona”nın argentinalı ulduzu Lionel Messi də sonuncu ilə eyni göstəriciyə malikdi. 27 dəfə fərqlənən Zlatan İbrahimoviç (PSJ) və Eran Zahavi (“Makkabi” Təl-Əviv) çıxış etdikləri çempionatın əmsalı 1,5-ə bərabər olduğundan 40,5 xal toplayıblar.

 

Qeyd edək ki, əmsalı 1-ə bərabər olan Topaz Premyer Liqasının ən məhsuldar oyunçusu Nelson Bonilla (“Zirə”) 10 qolla 10 xal toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar