İki ölkə FİFA prezidenti seçkisindən kənarlaşdırıldı
25 fevral 2016 04:20 (UTC +04:00)

İki ölkə FİFA prezidenti seçkisindən kənarlaşdırıldı

0

Fevralın 26-da keçiriləcək FİFA-nın prezidenti seçkisində qurumun 209 üzv assosiasiyasından 207-si iştirak edəcək.

 

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko  məlumat verib. O, 2 ölkənin səsvermədən kənarlaşdırıldığını bildirib:

 

"Bu ölkələr Küveyt və İndoneziyadır".

 

Qeyd edək ki, FİFA prezidentliyinə namizədlər UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, FİFA-nın sabiq baş katibi Jerom Şampan və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar