İdmançılarımız Xorvatiyada daha 2 medal qazandılar
06 iyul 2019 13:16 (UTC +04:00)

İdmançılarımız Xorvatiyada daha 2 medal qazandılar

Xorvatiyanın Umaq şəhərində Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda yarış davam edir.
 
APA-nın məlumatına görə, Azərbaycan karateçiləri turnirdə daha iki medal qazanıblar.
 
Hümmət Baxşəliyev (67 kq) 21 yaşadək idmançılarım mübarizəsində bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. 14-15 yaşlı yeniyetmələr arasında isə Ramil Baxşəliyev (52 kq) bürünc medala yiyələnib. 
 
Qeyd edək ki, yığmamızın heyətində daha öncə 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) qızıl, Fidan Teymurova (50 kq) isə bürünc medal qazanıb.
 
İyulun 7-də bitəcək yarışa 70 ölkədən 2577 idmançı qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634
avatar

Oxşar yazılar