Hollandiyalı hücumçu Azərbaycana gəlmək istəmədi
08 iyul 2013 16:32 (UTC +04:00)

Hollandiyalı hücumçu Azərbaycana gəlmək istəmədi

Azərbaycan klublarının maraq dairəsində olan hollandiyalı futbolçu Cek Tuyp gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, 10 ildir vətənində “Volendam”ın şərəfini qoruyan 30 yaşlı hücumçu Macarıstanın “Ferensvaroş” klubuna keçib.

Türkiyədə azərbaycanlı futbolçuların da heyətində yer aldığı “Dənizlispor” və “Orduspor”, ölkəmizdə isə Bakı “İnter”inin hədəfində olan Tuyp Yunanıstanın AEK, Macarıstanın “Qyor ETO” komandalarının da maraq dairəsində idi. 

Qeyd edək ki, bir müddət əvvəl Cekin adı digər Azərbaycan klubu “Xəzər Lənkəran”la yanaşı da hallanırdı.

# 713
avatar

Oxşar yazılar