Hollandiyalı hakim Azərbaycan yığmasının xalını "oğurlayıb"
14 oktyabr 2019 00:04 (UTC +04:00)

Hollandiyalı hakim Azərbaycan yığmasının xalını "oğurlayıb"

 

Futbol üzrə Azərbaycan millisi hakim səhvinin qurbanı olub.

APA-nın məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma səhv üzündən AVRO-2020-nin seçmə mərhələsinin VIII turunda Macarıstana 0:1 hesabı ilə uduzub.

Belə ki, 10-cu dəqiqədə erkən qol buraxan milli qarşılaşmanın sonlarında fəallığı xeyli artırıb. Ardıcıl hücumlar edən futbolçularımız matça əlavə olunan 3-cü dəqiqədə rəqib qapısına yol tapıb. 

Qapıya zərbəni dəf edən qolkiperdən sıçrayan top Bəhlul Mustafazadənin sinəsinə toxunaraq xətti keçib. Millinin üzvlərinin bərabərlik qolunun sevincini yaşamasına hakimin qərarı imkan verməyib.

Referi müdafiəçinin topa sinə deyil, əllə toxunduğu qənaətinə gəlib və bu səbəbdən təmiz qolu saymayıb. Nəticədə yığma bir xaldan məhrum olub.

Qeyd edək ki, bir səhvlə kifayətlənməyən hollandiyalı hakim Dennis Hiqler B.Mustafazadəyə də sarı vərəqə göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406
avatar

Oxşar yazılar