
Həftənin ən yaxşısı müsəlman seçildi
0
0
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin ilk oyunlarının ən yaxşısı adını Məhəmməd Salah qazanıb.
İngiltərə “Liverpul”unun futbolçusu UEFA-nın rəsmi saytı vasitəsilə azarkeşlər arasında keçirdiyi səsvermənin qalibi olub. Komandasının “Roma” üzərində 5:2 hesablı qələbəsində pay sahibi olan misirli hücumçu səslərin 92 faizini toplayıb.
Ən yaxşı adına digər namizəd Marselo isə Salahdan çox geri qalıb. “Real”ın “Bavariya” üzərində 2:1 hesablı səfər qələbəsində vurduğu qolla iştirak edən braziliyalı müdafiəçi səslərin 8 faizini toplayıb.
0
0