Gürcüstan millisi Azərbaycandan daha bir qolçu tapdı
27 avqust 2013 13:52 (UTC +04:00)

Gürcüstan millisi Azərbaycandan daha bir qolçu tapdı

Bakının “İnter” klubunun futbolçusu Baçana Tsxadadze karyerasında ilk dəfə Gürcüstan milli komandasına dəvət alıb. Lent.az-ın məlumatına görə, Gürcüstan Futbol Federasiyasının rəsmi saytında yerləşdirilən siyahıda Tsxadadze də var.

 

26 yaşlı hücumçu sentyabrın 6-da Fransa, bundan 10 gün sonra isə Finlandiya ilə Tiflisdə keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçlarına çağırılıb. Baş məşqçi Temuri Ketsbaya Azərbaycan Premyer Liqasında çıxış edən daha bir futbolçuya dəvət göndərib. Bu, “Qarabağ”ın hücumçusu Nikolas Gelaşvilidir.

 

Qeyd edək ki, seçmə mərhələdə I qrupunda yer alan Gürcüstan millisi 5 oyundan 4 xalla 4-cü pillədə qərarlaşıb. Cəmi 3 qol vurmağa müvəffəq olan qonşularımız 7 dəfə məyus olublar. Fransanın 10, Finlandiyanın 6 xalı var. Lider İspaniya 11 xal, autsayder Belarus isə 6 oyundan 4 xal toplayıb. Baçana Tsxadadze Premyer Liqanın ötən turunun “Rəvan” – “İnter” matçında “het-trik” edib. Nikolas Gelaşvili isə ilk 4 tur ərzində 2 qol vurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989
avatar

Oxşar yazılar