Güləş olimpiadanın proqramına qaytarıldı
09 sentyabr 2013 10:26 (UTC +04:00)

Güləş olimpiadanın proqramına qaytarıldı

Güləş 2020 və 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına qaytarılıb. Lent.az-ın xəbərinə görə, Beynəlxalq Olimpiya Komitəsi (İOC) üzvləri arasındakı səsvermə nəticəsində bu idman növü rəqibləri beysbol (softbol) və skvoşu böyük səslə geridə qoyub.

 

İOC İcraiyyə Komitəsi fevral iclasında güləşin olimpiada proqramından çıxarılmasına səs vermişdi. Bu qərar bir çox ölkədə, o cümlədən, Azərbaycanda mənfi reaksiya doğurmuşdu. Etirazlar nəticəsində Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti Nenad Laloviçlə əvəzlənmişdi.

 

Qeyd edək ki, güləş yarışları 1990-cı il Paris olimpiadası istisna olmaqla, bütün Yay Olimpiya Oyunlarında yer alıb. 2020-ci il olimpiadasının Yaponiyanın paytaxtı Tokioda keçiriləcəyi məlum olub. 2024-cü il olimpiadasının yeri isə 2017-ci ildə açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Oxşar yazılar